Tarix: 02-11-2021 | Saat: 14:29
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
"Biz Azərbaycan banklarına məxsus taksit kartlarının Türkiyədə də keçərli olması üçün işlərimizi davam etdirirk".
Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a cavab olaraq "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.
E.Çakarın sözlərinə görə, artıq bununla bağlı Türkiyə Mərkəzi Bankına müraciət edilib:
“Biz Azərbaycan banklarına məxsus taksit kartlarının Türkiyədə keçərli olması üçün Türkiyə Mərkəzi Banka müraciət etmişik. Onun cavabını gözləyirik. İstəyirik ki, Türkiyəyə səfər edərkən alış-veriş edən, yaxud restoranlarda ödəniş edən və ya Türkiyə saytlarından onlayn məhsul alan Azərbaycan banklarının kartına sahib olan şəxslər taksit imkanlarından istifadə edə bilsinlər. Hazırda bu istiqamətdə işlərimizi davam etdiririk".
Onun sözlərinə görə, bu sistemin aktivləşməsi 2022-ci ilin yayına qədər planlaşdırılır.
Digər xəbərlər