Saytımızı qiymətləndirin


 
 

Kadırov Priqojinin ölümündən yazdı: Mən ondan xahiş etdim ki...
Tarix: 25-08-2023 | Saat: 10:41
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Kadırov Priqojinin ölümündən yazdı: Mən ondan xahiş etdim ki...

Çeçenistanın rəhbəri Ramzan Kadırov "Vaqner" muzdlularının sahibi Yevgeni Priqojinin vəfatı ilə bağlı başsağlığı verib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

 

Kadırov bildirib ki, Yevgeni Priqojinlə "tez-tez ən çətin məsələləri həll etməli olurdular". Onun sözlərinə görə, "Vaqner"rəhbəri “yaşına görə çox fəal və ölkə miqyasında mühüm şəxsiyyət idi”. Kadırov qeyd edib ki, Priqojin “başqalarından cavabdehlik, unikal ünsiyyət bacarığı və əzmkarlığı ilə seçilirdi”.

 

“Lakin bu yaxınlarda o, ölkədə baş verənlərin tam mənzərəsini ya görmədi, ya da görmək istəmədi. Mən ondan xahiş etdim ki, dövlət əhəmiyyətli məsələlər naminə şəxsi ambisiyalarından əl çəksin. Qalan hər şey sonra qərar verilə bilər", - Kadırov vurğulayıb.

 

O, Priqojinin ölümünü "dövlət üçün böyük itki" adlandırıb.

 

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var. "Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.

 

24 saatlıq sükutdan sonra Rusiya prezidenti Vladimir Putin təyyarədəki 10 nəfərin hamısının ailələrinə “səmimi başsağlığı” verib və Priqojini “istedadlı iş adamı” adlandırıb.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər