Saytımızı qiymətləndirin


 
 

Sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb
Tarix: 31-03-2022 | Saat: 17:47
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanın sənaye zonalarına 6 milyard manatdan çox investisiya yatırılacaq | ENA.az

İndiyədək sənaye zonalarında 95 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, sahibkarlar tərəfindən bugünədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 9700-dən çox daimi iş yeri yaradılıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatdan çox investisiyanın yatırılması və 3 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bu ilin yanvar-fevral aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 436 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 191 milyon manatı ixrac olunub. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76 %, ixracı isə 138 % artıb.

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,3 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 2 milyard manatı (təqribən 32 %-i) ixrac olunub. İstehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər