Ana Sayfa > Karusel / İqtisadiyyat > Sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb
Sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb31-03-2022, 17:47. Yazar: Admin |
İndiyədək sənaye zonalarında 95 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Qarabaginfo.az xəbər verir ki, sahibkarlar tərəfindən bugünədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 9700-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatdan çox investisiyanın yatırılması və 3 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu ilin yanvar-fevral aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 436 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 191 milyon manatı ixrac olunub. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76 %, ixracı isə 138 % artıb. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,3 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 2 milyard manatı (təqribən 32 %-i) ixrac olunub. İstehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib. Geri dön |