Ana Sayfa > Karusel / Region > Dumanın sədr müavini: Ermənistanı Rusiyadan uzaqlaşdırmaq ziyanlıdır
Dumanın sədr müavini: Ermənistanı Rusiyadan uzaqlaşdırmaq ziyanlıdır15-12-2023, 14:46. Yazar: Admin |
“Ermənistanı Rusiyadan uzaqlaşdırmaq ziyanlıdır”. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib. Duma spikerinin müavini İrəvana çağırış edərək deyib ki, həm Rusiyadan, həm də Avropadan eyni vaxtda hər şey almağa çalışan postsovet ölkələrinin səhvlərini Ermənistan hökuməti təkrarlamasın. “Qarabağdakı sonuncu müharibə dövründə Ermənistan parlamentinin deputatları sözün əsl mənasında, hər həftə mənim kabinetimə gələrək deyirdilər: “Zəhmət olmasa, zəng edin, deyin, nə isə edin , Rusiya Prezidentinə müraciət edin, müharibəni dayandırın!”. Bu gün isə həmin deputatlar artıq yoxa çıxıb, heç biri yoxdur”, - deyə Tolstoy vurğulayıb. Geri dön |