Saytımızı qiymətləndirin


 
 

Sadələşmiş vergi dərəcəsinə yenidən baxılması təklif olunub
Tarix: 27-05-2025 | Saat: 11:59
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azər Badamov, Milli Məclisin deputatı

 

Sadələşmiş vergi dərəcəsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik olunması təklif edilib.

Qarabaginfo.az xəbər verir ki, belə təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputat Azər Badamov çıxış edib.

Deputat bildirib ki, vergi ödəyicilərinin sadələşmiş vergi dərəcəsi ilə vergi ödəməsi üçün 12 aylıq dövriyyənin yüksək həddi 2015-ci ildə 200 min manat müəyyən edilib: “Bu müddətin üzərindən 10 ildən çox vaxt keçib. Bu keçən zamanda bir necə dəfə devalvasiya baş verib. Eyni zamanda bu müddətdə inflyasiyalar nəzərə alınaraq, sadələşmiş vergi dərəcəsinə aid edilmək üçün dövriyyələrin 200 min manat həddinin artırılmasını təklif edirəm”.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər