Saytımızı qiymətləndirin


 
 

201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb
Tarix: 21-05-2025 | Saat: 17:38
Bölmə:Karusel / Təhsil | çapa göndər

201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb

Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq.

Qarabaginfo.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

"Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - BŞTİ-dən bildirilib.

Qeyd edək ki, sosail şəbəkələrdə yayılan səs yazısının 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya aid olduğu iddi edilir. Bildirilir ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.



Xəbəri paylaş

134 dəfə oxunub.

Digər xəbərlər