ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən alıb
Tarix: 04-03-2025 | Saat: 15:06
Bölmə:Karusel / Dünya | çapa göndər
113 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-03-2025 | Saat: 15:06
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ NATO ilə məsləhətləşmədən Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski jurnalistlərə açıqlamasında bildirib.
Polşa XİN sözçüsü bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırması çox ciddi vəziyyətə gətirib çıxarıb.
Onun sözlərinə görə, Vaşinqtonun bu qərarı NATO müttəfiqlərinə məlumat verilmədən və məsləhətləşmədən alınıb:
“Qərar NATO və ya Ukraynaya dəstəyi koordinasiya edən Ramşteyn qrupu ilə müzakirə və məsləhətləşmədən qəbul edilib”.
“Bloomberg“ Pentaqon rəsmisinə istinadən ABŞ Prezidenti Donald Trampın Ukraynaya bütün hərbi yardımların dayandırılması barədə göstəriş verməsi barədə məlumat yayıb.
Xəbəri paylaş
Digər xəbərlər
1-05-2024, 10:34
ABŞ-ın 8 qəzeti ChatGPT proqramını məhkəməyə verib –Süni intellekt oğurluqda ittiham olunur
21-01-2026, 16:31
Gürcüstan Trampın Sülh Şurasına dəvət olunmayıb
13-09-2022, 23:35
ABŞ Ermənistandakı səfirini Rusiyaya göndərə bilər
16-01-2021, 15:13
Azərbaycanda aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qalır
23-09-2024, 22:05
Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Putinlə görüşəcək
6-04-2025, 08:58
İsrail iki britaniyalı deputatın ölkəyə girişini qadağan edib



















