Saytımızı qiymətləndirin


 
 

ABŞ 4 milyard dollarlıq hərbi yardımın İsrailə göndərilməsini sürətləndirəcək
Tarix: 02-03-2025 | Saat: 15:30
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ 4 milyard dollarlıq hərbi yardımın İsrailə göndərilməsini sürətləndirəcək

ABŞ hökuməti İsrailə təxminən 4 milyard dollar dəyərində hərbi yardımın çatdırılmasını sürətləndirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun şənbə günü yaydığı bəyanatda deyilir.

"Mən İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün fövqəladə səlahiyyətlərdən istifadə etmək üçün bəyannamə imzaladım", - bəyanatda deyilir.

Bəyanatda həmçinin imzalanan sənədin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası tərəfindən İsrailə müəyyən növ silahların tədarükünə qoyulan məhdudiyyətləri ləğv etdiyi bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası 2025-ci il yanvarın 20-dən etibarən İsrailə ümumilikdə 12 milyard dollar dəyərində silah və hərbi texnika satışına icazə verib.



Xəbəri paylaş

61 dəfə oxunub.

Digər xəbərlər