Ana Sayfa > Karusel / Dünya > ABŞ 4 milyard dollarlıq hərbi yardımın İsrailə göndərilməsini sürətləndirəcək
ABŞ 4 milyard dollarlıq hərbi yardımın İsrailə göndərilməsini sürətləndirəcək2-03-2025, 15:30. Yazar: Admin |
ABŞ hökuməti İsrailə təxminən 4 milyard dollar dəyərində hərbi yardımın çatdırılmasını sürətləndirəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun şənbə günü yaydığı bəyanatda deyilir. "Mən İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün fövqəladə səlahiyyətlərdən istifadə etmək üçün bəyannamə imzaladım", - bəyanatda deyilir. Bəyanatda həmçinin imzalanan sənədin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası tərəfindən İsrailə müəyyən növ silahların tədarükünə qoyulan məhdudiyyətləri ləğv etdiyi bildirilir. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası 2025-ci il yanvarın 20-dən etibarən İsrailə ümumilikdə 12 milyard dollar dəyərində silah və hərbi texnika satışına icazə verib. Geri dön |