Saytımızı qiymətləndirin


 
 

Lavrov: Yaxın vaxtlarda Ukrayna ilə bağlı nizamlanma prosesi formalaşacaq
Tarix: 18-02-2025 | Saat: 22:40
Bölmə:Karusel / Dünya | çapa göndər

Lavrov: Ər-Riyadda ABŞ tərəfini dinləmək istəyirik

Biz bir-birimizi nəinki dinlədik, həmçinin eşitdik.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda Rusiya-ABŞ danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlar çox faydalı keçib.

Rusiya XİN başçısı danışıqlarda ABŞ tərəfi ilə əldə olunan razılaşmalardan danışıb.

Bildirib ki, əldə olunan razılaşmaya görə, Rusiya və ABŞ səfirlərinin mümkün qədər tez təyinatını təmin edəcək: "Rusiya və ABŞ Baydenin hakimiyyəti dövründə diplomatik missiyaların işinə tətbiq olunan maneələri aradan qaldıracaq. Biz razılaşdıq ki, yaxın vaxtlarda Ukrayna ilə bağlı nizamlama prosesi formalaşacaq, ABŞ Vaşinqtonu kimin təmsil edəcəyini açıqlayacaq, onun kim olacağını bilən kimi dərhal prosesdə öz iştirakçımızı təyin edəcəyik".

Lavrov vurğulayıb ki, Amerika tərəfinin Rusiyanın mövqeyini daha yaxşı dinləməyə başladığını düşünməyə əsas var: "Rusiya və ABŞ razılığa gəliblər ki, maraqları üst-üstə düşməyəndə münaqişəyə səbəb olmamalı, problemləri həll etməlidirlər. Paralel olaraq, əməkdaşlığımızın tam şəkildə bərpası və geniş spektrdə genişlənməsi üçün şərait yaradacağıq".



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər