Saytımızı qiymətləndirin


 
 

7 il sonra bir araya gəldilər
Tarix: 06-04-2023 | Saat: 11:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

7 il sonra bir araya gəldilər

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud və iranlı həmkarı Hüseyn Əmir Abdullahian 7 ildən sonra ilk dəfə Pekində görüşüblər.

Qarabaginfo.az “Xinhua”ya istinadla xəbər verir ki, iki ölkə arasında diplomatik münasibətlərin bərpası və sazişin aktivləşdirilməsi üçün Pekində yeni görüş təşkil edilib.

Mənbələr izah ediblər ki, iki nazirin görüş yeri kimi Pekinin seçilməsi onun iki ölkə arasında razılığın əldə olunmasında və onlar arasında qarşılıqlı fəaliyyətin asanlaşdırılmasındakı rolu ilə bağlıdır. 

Qeyd olunur ki, Pekinə yola düşməzdən əvvəl iki ölkənin xarici işlər nazirləri Tehran və Ər-Riyadın diplomatik münasibətlərin bərpası, habelə atmaq niyyətində olduqları addımları müzakirə etmək üçün bir neçə dəfə telefonda danışıblar. 

Xatırladaq ki, 2023-cü il martın 10-da məlum olub ki, İran və Səudiyyə Ərəbistanı nümayəndələri Pekində keçirilən danışıqlar nəticəsində iki dövlət arasında diplomatik münasibətlərin bərpası haqqında saziş imzalayıblar. Tərəflər iki ay ərzində səfirlik və nümayəndəliklərin açılması barədə razılığa gəliblər. 



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər