Tarix: 18-02-2025 | Saat: 12:35
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Yuxarı Şirvan kanalının yenidən qurulması ilə bağlı yaradılmış işçi qurupunun növbəti iclası keçirilib.
Bu barədə Qarabaginfo.az-a Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyindən (ADSEA) bildirilib.
Videokonfrans formatında baş tutan iclasda Şirvan suvarma kanalının tikintisi çərçivəsində görülmüş və plan üzrə nəzərdə tutulan işlər, Şirvan suvarma kanalının tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı torpaqayırma prosesində cari vəziyyət, yaranan maneələr və çətinliklər dinlənilib.
Bildirilib ki, hazırda tikinti qrafikinə uyğun olaraq Şirvan suvarma kanalının ümumilikdə 40 km-ə yaxın ayrı-ayrı hissəsində qazma, bəzi hissələrində beton üzlüyə alınma işləri aparılıb, eləcə də kanal üzərində müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda 6 rayon üzrə torpaqayırma işləri yekunlaşıb, qalan 2 rayonda isə davam etdirilir. Qrafikə əsasən, tikinti işlərinin 2027-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Sonda İşçi qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri və dəvət olunan mütəxəssislər tərəfindən bu və gündəlikdəki digər məsələlər ətrafında müzakirələr aparılaraq işlərin daha sürətlə yerinə yetirilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Digər xəbərlər