Tarix: 19-12-2022 | Saat: 10:20
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət ediblər.
Qarabaginfo.az xəbər verir ki, onlar aksiyanın keçirildiyi ərazidən bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların keçidinə şərait yarada biləcəklərini bildirirlər.
Bu, bir daha dinc aksiyanın dinc ermənilərə qarşı yönəlmədiyini sübut edir.
Aksiya hazırda davam edir.
Aksiya iştirakçıları qeyd edirlər ki, bədnam rusiyalı milyarder Ruben Vardanyan onları (dinc erməniləri) buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən saxta məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Digər xəbərlər