Tarix: 03-09-2021 | Saat: 10:42
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya Müdafiə Nazirliyi separatçı Abxaziya bölgəsindəki hərbi bazanı yenidən silahlandırmaq qərarı verib. Virtualaz.org Rusiya hərbi nəşrlərinə istinadən xəbər verir ki, Abxaziyanın Qudautı bölgəsində dislokasiya olunmuş Qırmızı Bayraqlı Rusiya 7-ci hərbi bazasına modernizə edilmiş BMP-3 piyada döyü maşınları veriləcək. Bundan əvvəl isə bazanın silahlanmasına yeni BTR-82 transportyorları verilmişdi.
Habelə hərbi bazanın bölmələri AK-74 avtomatlarının əvəzinə AK-12 avtomatları ilə silahlandırılacaq. Bazanın pilotsuz təyyarələrlə gücləndirilməsi haqda hələlik rəsmən deyilmir, amma bundan əvvəl Müdafiə Nazirliyi cənub sərhədlərinin zərbə PUA-ları ilə möhkəmləndiriləcəyini bildirmişdi. Gözlənilir ki, bazaya yeni silahlar və texnika gələn ilin əvvəllərindən daxil olacaq.
Abxaziyadakı Rusiya hərbi bazası mobil ehtiyat qüvvə hesab edilir və zərurət yaranarsa onu Qafqazda, Qara dəniz regionunda tətbiq etmək olar. Ştat baxımından baza gücləndirilmiş tərkibdə motoatıcı briqadadır və Gürcüstan ordunun həmləsinin qarşısını əsas qüvvələr köməyə gələnə qədər almaq üçün nəzərdə tutulub.
Rusiyanın raket və artilleriya elmləri Akademiyasının prezidentinin müavini Konstantin Sivkov bildirir ki, bazanın yenidən silahlandırılması Rusiya ətrafında artan hərbi gərginliklə, xüsusən də Qarabağdakı ötən ilki müharibə ilə əlaqəlidir.
“Gürcüstanın yeni hərbi avantüraya cəhd etməsi riski reallığa çevrilir. Bu vəziyyətdə Rusiya bazasının hərbi potensialını artırmaq ona görə lazımdır ki, mümkün həmləyə operativ və çevik reaksiya vermək mümkün olsun”,-Sivkov bildirib.
2008-ci ilin avqust müharibəsinin nəticəsində Rusiya Abxaziyanı və Cənubi Osetyanı faktiki ilhaq edib, bu separatçı bölgələrdə öz hərbi iştirakını artırıb və onları “müstəqil respublikalar” kimi tanıyıb.
virtualaz.org
Digər xəbərlər