Saytımızı qiymətləndirin


 
 

“Bəli, Moskvada iclas olacaq“ - İrəvan təsdiqlədi
Tarix: 25-05-2022 | Saat: 14:26
Bölmə:Karusel / Region | çapa göndər

“Bəli, Moskvada iclas olacaq“ - İrəvan təsdiqlədi

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistan və Azərbaycanın delimitasiyası üzrə komissiyaların ikinci iclasının gələn həftə Moskvada keçiriləcəyinə ümid etdiyini bildirib.

Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi belə bir görüşün planlaşdırıldığını təsdiqləyib.

Ofisdən bildiriblər ki, ola bilsin ki, gələn həftə Moskvada Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin həmsədrliyi ilə kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupun iclası keçiriləcək.

"Delimitasiya komissiyalarının ikinci iclasının tarixi hələ müəyyən edilməyib, yer, bəli, Moskvada olacaq", - ofisdən bildiriblər.



Xəbəri paylaş

1193 dəfə oxunub.

Digər xəbərlər