Tarix: 22-04-2022 | Saat: 18:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
Niderland bu ilin sonuna qədər Rusiya qazından asılılığı aradan qaldıracaq.
Qarabaginfo.az xəbər verir ki, bunu Niderlandın iqlim və enerji siyasəti naziri Rob Jetten hökumətin iclasından sonra yerli mediaya açıqlamasında deyib.
“Digər ölkələrdən qaz idxalı və qənaət hesabına biz Rusiyanın bütün qaz təchizatını əvəz edə biləcəyik”, - nazir bildirib.
Onun sözlərinə görə, hökumət qarşıdakı aylarda qışa hazırlaşmaq üçün ölkənin bütün qaz anbarlarını doldurmağa çalışacaq. Nazirlər Kabineti həmçinin enerjinin artan qiymətini qismən kompensasiya etmək üçün yeni maliyyə sxemi hazırlayacaq.
Qeyd edək ki, Niderland Rusiyadan illik təxminən altı milyard kubmetr qaz idxal edir. Rusiyadan tədarükün maye qazın (LNG) və digər daha dayanıqlı enerji mənbələrdən alınan enerji hesabına əvəz olunması gözlənilir.
Digər xəbərlər