Saytımızı qiymətləndirin


 
 

Heqset: ABŞ Ukraynaya hərbi yardımı həm azalda, həm də artıra bilər
Tarix: 13-02-2025 | Saat: 22:24
Bölmə:Karusel / Dünya | çapa göndər

Heqset: ABŞ Ukraynaya hərbi yardımı həm azalda, həm də artıra bilər

ABŞ administrasiyası gələcəkdə Kiyevə hərbi yardımın həcmini ya azalda, ya da artıra bilər ki, bu məsələ sülh danışıqlarında araşdırılacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin son iclasından sonra keçirilən mətbuat konfransında deyib.

"Nəticədə, təhlükəsizlik yardımı baxımından biz ABŞ Konqresinin ayırdığı vəsaiti təmin etməyə davam edirik. Düşünürəm ki, gələcəkdə maliyyələşmənin azaldılması və ya artırılması kimi məsələlər də müzakirə edilə bilər. Prezident Tramp hər iki tərəfi uzunmüddətli sülh sazişinə sövq etmək üçün ən təsirli yolun hansı olduğuna qərar versə də, aydındır ki, Vladimir Putinin Ukrayna ilə bağlı çoxdan öz motivləri var”.”, - deyə o bildirib.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər