Türk Silahlı Qüvvələri şəxsi heyəti, texnikası və təcrübəsi ilə istənilən vəzifəni yerinə yetirməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı deyib.

Akar Türkiyə Silahlı Qüvvələrinin 2016-cı ildən bəri Fərat Qalxanı, Zeytun Budağı, Sülh Pınarı və Sülh Qalxanı əməliyyatlarının uğurla həyata keçirildiyini xatırladaraq, Türkiyənin cənubunda terrorçuların olmasını qəbul etməyəcəklərini bildirib.

"Bizim yeganə məqsədimiz millətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Biz sərhədlərimizdə “terror dəhlizi” yaradılmasına imkan verməyəcəyik”, – deyə Akar vurğulayıb.