Tarix: 24-11-2020 | Saat: 12:13
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər
“Bu, ordumuzun böyük zəfəridir”.
Bunu Qarabaqinfo.az saytına Azərbaycan millisinin və “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbə ilə bağlı təəssüratlarını bölüşən 26 yaşlı qolkiper şəhidlərin qanları ilə tarix yazdıqlarını bildirib: “Torpaqlarımız uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Onların qəhrəmanlıqlarını qiymətləndirmək çox çətindir”.
Məhəmmədəliyev formasını geyindiyi “Qarabağ” klubunun təmsil etdiyi Ağdam şəhərinin işğaldan azad olunmasına da münasibət bildirib: “Ağdamın işğaldan azad olunması xəbərini hamı kimi, biz də böyük sevinclə qarşıladıq. Hər birimiz buna görə çox xoşbəxtik. Ağdamda oynayacağımız anı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, sentyabrın 27-də Dağlıq Qarabağda başlayan döyüşlər cəmi 44 gün çəkib və Azərbaycan Ordusu bu müddətdə işğal altında olan bütün torpaqlarını geri qaytarıb.
Digər xəbərlər