Çin Google-a qarşı araşdırmaya başladı
Donald Trampın Çin mallarına 10 faizlik gömrük rüsumları tətbiq etməsindən sonra Çin, Google-a qarşı araşdırma və cavab olaraq bir sıra ABŞ mallarına yeni tariflər tətbiq etdiyini açıqladı.
Qarabaginfo.az Bloomberg-a istinadla xəbər verir ki, bu, dünyanın ən böyük iqtisadiyyatları arasında ticarət müharibəsini bir daha alovlandırıb.
Çin hakimiyyəti Amerika texnologiya nəhəngini antiinhisar qanunlarının iddia edilən pozuntularına görə yoxlamaq niyyətindədir. Pekin, həmçinin ABŞ-dan kömür və mayeləşdirilmiş təbii qaza 15 faiz, neft və kənd təsərrüfatı avadanlıqlarına isə 10 faiz tariflər elan edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara 10% rüsum tətbiq edib. Buna səbəb, Pekinin qanunsuz narkotik axınının qarşısını ala bilməməsi olub.
Buna cavab olaraq Çin bəyan edib ki, Pekin Vaşinqtonun Çin mallarına yeni tariflər tətbiq etməsindən qorxmur və cavab tədbirləri görməyə hazırdır.