Saytımızı qiymətləndirin


 
 

Rusiya Qara dənizdə süni ada tikəcək – Bu qiymətə
Tarix: 30-01-2025 | Saat: 17:48
Bölmə:Karusel / Dünya | çapa göndər

 

süni ada
süni ada

2026-cı ildə Rusiya Qara dənizdə ilk süni adanın tikintisinə başlaya bilər. 

Qarabaginfo.az xəbər verir ki, layihədə iştirak edən Ostrov First Corporation şirkətinin icraçı direktoru Bulat Şakirov bildirib ki, ada Soçidən görünəcək.

Adanı sudan və küləkdən qorumaq üçün ilk növbədə qoruyucu tikililər tikilməlidir. Yalnız bundan sonra adanın özünün yaradılmasına başlamaq mümkün olacaq.

Layihənin 2031-ci ilə qədər başa çatdırılması planlaşdırılır. Onun həyata keçirilməsi üçün 1 trilyon rubldan (2 milyard manat) çox vəsait tələb olunacaq. 2025-ci ildə şirkət bütün layihə sənədlərini hazırlamağı planlaşdırır.

Ada 50 hektar ərazini tutacaq. Onun ərazisində otellər, turizm və idman zonaları, gəzinti yerləri, musiqi və teatr məkanları, mənzillər və hətta Qara dənizi kəşf etmək üçün mərkəz tikiləcək



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər