Qarabaginfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Öcalanın mesajının Kandil və Suriyaya çatdırıldığını deyən Ensarioğlu üçüncü görüşün keçiriləcəyini istisna etməyib.
Qeyd edək ki, DEM Partiyasının üzvləri Sırrı Süreyya Öndər və Pərvin Buldan dünən İmralı adasında Abdullah Öcalan ilə ikinci görüş keçirib. Görüşlə bağlı hələlik heç bir açıqlama verilməsə də Diyarbakır Millət vəkili Qalip Ensarioğlu EKOL TV-nin canlı yayımına qatılaraq danışıqlar və proseslə bağlı açıqlamalar verib. “Öcalanın mesajı həm Kandilə, həm də Suriyaya öz çatdırıldı” – deyə millət vəkili bildirib.
Ensarioğlu üçüncü görüşün keçiriləcəyini də istisna etməyib.
Xatırladaq ki, Öcalanla ilk görüş ötən ilin dekabrın 28-də keçirilib.