Saytımızı qiymətləndirin


 
 

Zakir Həsənov Xankəndidə müşavirə keçirib, Ermənistanla şərti sərhəddə əməliyyat şəraiti təhlil olunub
Tarix: 21-01-2025 | Saat: 16:04
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Zakir Həsənov Xankəndidə müşavirə keçirib, Ermənistanla şərti sərhəddə əməliyyat şəraiti təhlil olunub

Yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, Xankəndi şəhərində keçirilən müşavirədə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət rəisləri, Quru Qoşunlarının qərargahı və birlik komandirləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Tədbirdə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.

General-polkovnik Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.

Müşavirədə çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin bütün növ təminatlarına və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər