Tarix: 21-01-2025 | Saat: 15:28
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan normallaşması məsələsi müzakirə olunub.
Qarabaginfo.azi xəbər verir ki, bu bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Moskva İrəvan və Bakıya onlar maraqlı olduqları təqdirdə münasibətlərin normallaşmasının bütün istiqamətləri üzrə, sülh müqaviləsinin müddəalaırnın işlənib hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası və regionda iqtisadi nə nəqliyyat kommunikasiyalarının açılmasına yardım etməyə hazırdır. “Əlbəttə ki, humanitar məsələlərdə də Rusiya Ermənistan və Azərbaycana yardım etməyə hazırdır”.
Lavrov görüşdə “3+3” regional əməkdaşlıq formatının gələcək fəaliyyətində maraqlı olduğumuzu təsdiqlədiklərini də söyləyib: “Üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusu olan Rusiya, İran və Türkiyə…Bu platformanı olduqca perspektivli hesab edirik”.
Digər xəbərlər