Saytımızı qiymətləndirin


 
 

Ermənistan deputatlarımızın təhlükəsizliyinə zəmanət verdi
Tarix: 21-02-2022 | Saat: 17:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistan parlamenti azərbaycanlı deputatların təhlükəsizliyinə zəmanət verib.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Modern.az-a açıqlamasında Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azər Kərimli bildirib.

 

Deputat qeyd edib ki, Assambleyanın İrəvanda keçiriləcək komitə iclaslarında Azərbaycanı Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov təmsil edəcəklər.

 

Azər Kərimlinin sözlərinə görə, azərbaycanlı deputatların təhlükəsizliyinin təmin olunacağı haqqında Ermənistan parlamentinin baş katibi Vahan Arbekyanın imzası ilə zəmanət məktubu göndərilib. Zəmanət həm AVRONEST Parlament Assambleyasına, həm də Azərbaycan nümayəndə heyətinin adına yazılıb.

 

Qeyd edək ki, fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

 

Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.



Xəbəri paylaş

267 dəfə oxunub.

Digər xəbərlər