Saytımızı qiymətləndirin


 
 

Daha 4 qazi “YAŞAT” tərəfindən Türkiyəyə göndərilib - FOTO
Tarix: 18-02-2022 | Saat: 11:11
Bölmə:Karusel / Sosial | çapa göndər

Daha 4 qazi “YAŞAT” tərəfindən Türkiyəyə göndərilib - FOTO

Ağır yaralanan daha 4 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə Qarabaginfo.az-a Fonddan xəbər verilib.

Qeyd edilib ki, ağır yaralı qazilər - Ömərov Rüstəm Çianşa oğlu, Yusifov Elnur Xanlar oğlu, Əliyev Xəzər Ərşad oğlu və Hacıyev Arif Şirvan oğlunun müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 165 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 121-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



Xəbəri paylaş

1217 dəfə oxunub.

Digər xəbərlər