Saytımızı qiymətləndirin


 
 

Yaralı sürücü həkim çağırmaq üçün 30 kilometr yol getdi
Tarix: 02-01-2025 | Saat: 10:03
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyədə döyülərək boyun nahiyəsindən bıçaqlanan sürücü həyatını xilas etmək üçün 30 km yol gedib.

Qarabaginfo.az NTV telekanalına istinadən xəbər verir ki, İstanbulun Gebze qəsəbəsindəki dayanacaqda üç naməlum şəxs yük maşınının sürücüsünə yaxınlaşaraq ondan dizel yanacağını boşaltmasını tələb ediblər. Kişi imtina etdikdən sonra hücum edənlər onu döyüb və boynundan bıçaqlayıb.

Sürücü yük maşınına minərək oradan uzaqlaşa bilib. O, ən yaxın istirahət stansiyasına qədər 30 kilometr qət edərək oradan təcili yardıma zəng vurub.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və onun həyatı üçün təhlükə yoxdur. Polis cinayətkarları axtarır.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər