Saytımızı qiymətləndirin


 
 

Sınaq imtahanında iştirak edəcək bakalavrların nəzərinə
Tarix: 09-01-2024 | Saat: 17:29
Bölmə:Karusel / Təhsil | çapa göndər

Sınaq imtahanında iştirak edəcək bakalavrların nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 14-də magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək.

 

DİM-dən Qarabaqinfo.az-a bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı DİM-in saytından çap edə bilərlər.

 

Bakalavrlar özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

 

Qeyd edək ki, sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək.

 

Bundan əlavə, imtahandan sonra saat 17:00-da DİM-in yutub kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

 


Xəbəri paylaş

1168 dəfə oxunub.

Digər xəbərlər
15-11-2021, 10:04 Bu gündən istilik verilir