Sumqayıt sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.