Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqlərində növbəti mərhələ icra olunub - VİDEO
Tarix: 10-09-2021 | Saat: 12:12
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqlərində növbəti mərhələ icra olunub - VİDEO

© APA | Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqlərində növbəti mərhələ

10 sentyabr 2021 12:03 (UTC +04:00)

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

Müdafiə Nazirliyindən Qarabaqinfo.az-a verilən məlumata görə, bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.



Xəbəri paylaş

2307 dəfə oxunub.

Digər xəbərlər