Tarix: 11-10-2023 | Saat: 10:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün dünyada "Beynəlxalq Qızlar Günü" qeyd olunur.
Qarabaqinfo.az xatırladır ki, 2011-ci ilin dekabr ayında BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr "Beynəlxalq Qızlar Günü" elan edilib.
Qərarın qəbul edilməsindən məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının ayında çoxdur. 2022-ci ildə ölkənin bütün rayon və şəhərləri üzrə sadəcə Yevlaxda həmin il doğulan uşaqlar arasında qız uşaqlarının sayı (56%) oğlan uşaqlarından çox olub. Digər rayon və şəhərlərdə oğlan uşaqları üstünlük təşkil edib.
Mahiyyət etibarilə Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir və zorla təhsildən əl çəkməyə məcbur edir. Ölkəmizdə də erkən nikahla bağlı vəziyyət ürəkaçan deyil.
Ağcabədi rayonunda 17 nəfər, Sabirabad rayonunda 15 nəfər, Yevlax rayonunda 14 nəfər, Ağdaş və rayonlarının hər birində 11 nəfər və Samux rayonunda isə 10 nəfər 17 yaşda rəsmi nikaha daxil olub. Gəncə şəhəri və Tovuz rayonunun hər birində 9 nəfərin, Qobustan rayonunda 8 nəfərin, Quba rayonunda 7 nəfərin, Abşeron, Ağdam, Bərdə, Şabran, Zərdab və Şəki rayonlarının hər birində 6 nəfərin, eləcə də Goranboy, Göygöl, Ağstafa, Saatlı və Hacıqabul rayonlarının isə hər birində 5 nəfərin 17 yaşda rəsmi nikahı qeydə alınıb.
Füzuli, Tərtər, Lənkəran, Masallı, Yardımlı rayonlarının və Mingəçevir şəhərinin hər birində 4 nəfər 17 yaşda rəsmi nikaha daxil olub. İsmayıllı, Siyəzən və Kəlbəcər rayonları üzrə 3 nəfər, Şamaxı, Daşkəsən, Xocavənd, Şuşa, Gədəbəy, Xaçmaz, Laçın rayonları və Şirvan şəhəri üzrə 2 nəfərin bu yaşda rəsmi nikahı qeydə alınıb. Sumqayıt şəhəri, Qazax, Kürdəmir, Ucar, Beyləqan, İmişli, Balakən, Oğuz, Zaqatala, Cəbrayıl, Qubadlı, Neftçala və Biləsuvar rayonlarının hər birində isə 17 yaşda rəsmi nikaha cəmi 1 nəfər daxil olub. Bu rəqəm Bakıda 13, Naxçıvan Muxtar Respublikasında isə 5 olub.
Qeyd edək ki, bu statistika rəsmi nikaha daxil olmağa cəhd etmək istəyənləri göstərir. Reallıqda isə erkən nikaha daxil olanlar daha çoxdur...
Digər xəbərlər