Tarix: 13-02-2020 | Saat: 17:08
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qarabaginfo xəbər verir ki, Ümid Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasına müraciət edib. Müraciətdə bildirilir ki, səsvermə prosesində DSK məntəqələrinin əksəriyyətində seçici fəallığı yüksək olmayıb, protokolların tərtib edilməsində ciddi qanun pozuntularına yol verilib. Seçicilərin sayı artıq göstərilib. Protokollar partiya nümayəndəərinə verilməyib. MSK bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. MSK tərəfindən 35 saylı seçi dairəsində quraşdırılmış 10 veb-kamera da araşdırılıb. MSK müəyyən edib ki, həqiqətən 35 saylı dairənin bütün məntəqələrində seçki qanunvericiliyinin tələbləri pozulub. Protokollar həmçinin verilməyib, eyni zamanda, onlarda uyğunsuzluq aşkarlanıb. Beləliklə, MSK qərara alıb ki, 35 saylı seçki dairəsində bütün məntəqələrdə pozuntulara yol verilib. Beləliklə, MSK həmin dairədə seçkinin nəticələrini etibarsız hesab edib.
Digər xəbərlər