Saytımızı qiymətləndirin


 
 

Rusiyanın Ukraynadakı itkiləri 630 mini geridə qoydu
Tarix: 13-09-2024 | Saat: 10:21
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiyanın Ukraynadakı itkiləri 630 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1220 hərbçisini itirib.

 

Qarabaqinfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 631 420 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 18 tank, 48 zirehli döyüş maşını, 52 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.



Xəbəri paylaş

60 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 15:55Şeyx Rusiyaya gedir