Saytımızı qiymətləndirin


 
 

  Daha bir təyyarə qəzası- xəsarət alanlar var
Tarix: 30-12-2024 | Saat: 22:45
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Almaniyanın Ştutqart şəhərində birmühərrikli kiçik təyyarə qəzaya uğrayıb.

77 yaşlı pilotun “Cessna” markalı təyyarəni hava limanına endirmək cəhdi qatı duman səbəbindən uğursuz olub. Qəza nəticəsində pilot yüngül, 70 yaşlı sərnişini isə ağır xəsarət alıb.

Hadisə ilə əlaqədar hava limanında uçuş əməliyyatları saat yarım ərzində dayandırılıb. Qəzanın baş verdiyi əraziyə ümumilikdə 20-dək xilasetmə və yanğınsöndürmə briqadası və polis qüvvələri cəlb olunub, araşdırma aparılır.

 



Xəbəri paylaş

66 dəfə oxunub.

Digər xəbərlər