Saytımızı qiymətləndirin


 
 

“Rusiya öz yazıq ordusu ilə Ukrayna ilə müharibə etməyəcək” - Erməni politoloq
Tarix: 13-01-2022 | Saat: 20:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Rusiya öz yazıq ordusu ilə Ukrayna ilə müharibə etməyəcək”

“Rusiyanın müharibədə iştirak etmək üçün kifayət qədər resursu yoxdur. Onun yazıq ordusu var”.

Qarabaginfo.az haqqın.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq, tarixçi, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan “Milli Demokratik Qütb” YouTube kanalının efirində deyib.

Keçmiş diplomat hesab edir ki, Rusiyanın Ukraynaya hücum etmək üçün hərbi imkanları yoxdur:

“Əvvəlki müsahibələrimdə və çəkilişlərimdə demişdim, indi də eyni şeyi təkrarlayacağam: Rusiya ilə Ukrayna arasında böyük toqquşma ehtimalını görmürəm. Rusiyanın müharibədə iştirak etmək üçün kifayət qədər resursu yoxdur. Onun yazıq ordusu var".

A.Papyan hesab edir ki, Rusiya silahlanmaya görə avropalı və amerikalı həmkarlarından xeyli geri qalır: “Cizgi filmində göstərilənlərə yox, əsl rus pilotsuz təyyarələrinə baxsanız, güləcəksiniz. Onlar tikiş maşınlarına bənzəyirlər, heç nəyə yaramırlar. Putin böyük blef edir”.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər
11-05-2022, 12:54 Sabahın hava proqnozu