Saytımızı qiymətləndirin


 
 

Təyyarəmiz Bakı hava məkanından çıxmadan qayıtdı - Dron hücumuna görə
Tarix: 27-12-2024 | Saat: 13:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

teyyaremiz-baki-hava-mekanindan-cixmadan-qayitdi

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Bildirilib ki, Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

Qeyd edək ki, bu gün Ukrayna tərəfindən dron hücumları ilə əlaqədar Rusiyanın bəzi aeroportlarına, o cümlədən Mahaçqala hava limanına uçuşlara məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.  



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər