Saytımızı qiymətləndirin


 
 

“Təyyarənin atəşə tutulması ilə bağlı xəbərlər…”- Qazaxıstan parlamentinin sədri
Tarix: 26-12-2024 | Saat: 13:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qazaxıstan, Rusiya və Azərbaycan Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı məlumatları gizlətmək niyyətində deyil. Bütün məlumatlar ictimaiyyətə açıqlanacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev deyib.

“Qəzanın nəyin nəticəsi olduğunu söyləmək mümkün deyil. Komissiya işləyir, əsl ekspertlər bütün bunları izləyir, nəticə çıxaracaqlar. Nə Qazaxıstan, nə Rusiya, nə də Azərbaycan məlumatı gizlətməkdə maraqlıdır. Bu, ictimaiyyətin diqqətinə çatdırılacaq və buna heç bir şübhə ola bilməz”, – spiker mediada və sosial şəbəkələrdə yayılan xəbərləri (təyyarənin quyruğunun fotoşəkillərində dağıdıcı elementlərin izlərinə bənzəyən zədələri) şərh edərkən bildirib.

Aşımbayev fotoşəkillərə əsaslanaraq təyyarənin atəşə tutulması ilə bağlı vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb və qeyd edib ki, müəyyən qüvvələr özlərinə divident qazanmağa çalışırlar: “Bunlar fərziyyələr və əsassız bəyanatlardır. Bu cür xəbərləri yaymaq yanlışdır, qeyri-etikdir. Bu, müəyyən insanların bu vəziyyətdə özlərinə müəyyən dividendlər qazanmaq istədiyinin göstəricisidir”.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər
23-05-2022, 10:55 Neft bahalaşdı