Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın ABŞ-dəki yeni səfirinin Vaşinqtona getməsi ilə bağlı yayılan məlumatları saxta adlandırıb.
Qarabaginfo.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib.
"Saxtalara inanmayın", - deyə Zaxarova ifadə edib.
Qeyd edək ki, Anatoli Antonov bu ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının rəhbəri vəzifəsindən azad edilib.
Diplomat vurğulayıb ki, media Rusiya Federasiyasının ABŞ-dəki yeni səfiri Aleksandr Darçiyev Şimali Amerika departamentinin direktoru vəzifəsini davam etdirir və Moskvada iş başındadır.