Saytımızı qiymətləndirin


 
 

Pakistan XİN Azərbaycanı təbrik edib
Tarix: 11-11-2020 | Saat: 12:07
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Pakistan XİN Azərbaycanı təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda əldə olunan atəşkəslə bağlı açıqlama yayıb. 

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, açıqlamada deyilir:

“Pakistan daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəkləyib.Tərəflərin hərbi əməliyyatları dayandırmasını elan etmələrini alqışlayırıq. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün yeni bir fürsət yaradır. 

Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik." APA



Xəbəri paylaş

354 dəfə oxunub.

Digər xəbərlər