Saytımızı qiymətləndirin


 
 

Əmək pensiyaları nə qədər indeksləşdiriləcək? - AÇIQLAMA
Tarix: 17-01-2022 | Saat: 17:43
Bölmə:Karusel / Sosial | çapa göndər

Bəs bu il indeksləşdirmə faizi nə qədər olacaq?

Qarabaginfo.az xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, indeksləşdirmə faizi hələ açıqlanmayıb:  “Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olub. Göründüyü kimi 11 aylıq göstərici 2,9 faizdir. 12-ci ayın göstəricisi də əlavə olunanda və ya çıxılanda 2021-ci il üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətdə artım faizi bəlli olacaq. Bunun əsasında isə əmək pensiyalarının təxminən 90 faizi indeksləşdiriləcək”.

Qubad İbadoğlu: “Mən deyirdim…”

İqtisadçı əlavə edib ki, indeksləşdirmə 3 faiz ətrafında təxmin edilə bilər:  “Belə olan halda əvvələr 240 manatdan çox pensiya alanların pensiyası da  3 faiz ətrafında indeksləşdiriləcək. Onda 250 manat pensiya alanlar  257,5 manat, 300 manat pensiya alanlar  309 manat, 350 manat pensiya alanlar 360,5 manat,  400 manat pensiya alanlar 412 manat alacaq. Amma hər bir halda yekun məlumatı  gözləmək lazımdır. Mənim hesablamam hələ ki, təxminlər əsasındadır”.(Konkret.az)



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər