Saytımızı qiymətləndirin


 
 

“Əsəd rejimi öz səhvi ucbatından devrildi, Rusiya kifayət qədər dəstək vermişdi”- MEDVEDEV
Tarix: 12-12-2024 | Saat: 17:08
Bölmə:Karusel / Dünya | çapa göndər

 Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ölkənin idarə olunmasında yol verilən səhvlərin nəticəsidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Daxili vəziyyət administrasiyadan, yəni Bəşər Əsəd hökumətindən asılı idi. Təəssüf ki, Suriya ordusunun bu məsələdə aciz olduğu ortaya çıxdı. Bu, yəqin ki, hökumətin idarə olunması zamanı edilən yanlış hesablamaları göstərir”, – Medvedev bildirib.

Onun sözlərinə görə, Rusiya Suriyanın Yaxın Şərqin bir sıra digər ölkələrində olduğu kimi eyni ssenari üzrə parçalanmasından qorxduğu üçün Əsəd rejiminə bu ölkəyə kifayət qədər ciddi dəstək verib.

Medvedev xatırladıb ki, Əsədin dövründə ölkədə yaşayan sünni, şiə, ələvi və xristianların maraqları üzrə konsensus tapmaq mümkün olub.

“Bu, yeni müxalifət qüvvələrinin rəhbərliyi ilə mümkün olacaqmı? Mən buna çox şübhə edirəm”, – Medvedev bildirib.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər
9-06-2022, 12:40 Sabah 34° isti olacaq