Saytımızı qiymətləndirin


 
 

Ukrayna ABŞ, Britaniya, Almaniya, Fransa və Türkiyə ilə müzakirələr aparır
Tarix: 24-03-2022 | Saat: 15:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dmitri Kuleba

Rəsmi Kiyev təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə ilə müzakirələr aparır.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu İspaniya mətbuatına açıqlamasında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

 

O, bu istiqamətdə müzakirələrin davam etdiyini, həmin ölkələrin ilkin reaksiyasının müsbət olduğunu vurğulayıb.

"Bəli, biz ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə ilə onların bu modeldə mümkün iştirakı ilə bağlı danışıqlar aparırıq. Onların bu ideyaya münasibətləri müsbətdir. Baxmayaraq ki, müzakirələr hələ də davam edir, mən onların ilkin reaksiyasından məmnunam. Bu, onlarla müzakirə etdiyimiz yeganə məsələdir. Qalan məsələlər Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların bir hissəsidir", - deyə Kuleba bildirib.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər