ABŞ milli borcu artmaqda davam edərsə, əsas xidmətlər üçün ödəniş edə bilməyəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İlon Mask öz sosial şəbəkəsində bildirib.
O xəbərdarlıq edib ki, ölkə iflasla üzləşə bilər.
“Əgər biz dövlət borcunun eksponensial artımı ilə məşğul olmasaq, heç nəyə, o cümlədən əsas xidmətlərə pul olmayacaq!” – Mask deyib.
İlon Maska ABŞ-ın seçilmiş prezidenti Donald Trampın administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsi təklif olunub.