“İrəvanla KTMT arasında münasibətlər geri dönüşü olmayan nöqtəyə çatıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
Onun sözlərinə görə, KTMT-yə qayıtmaları demək olar ki, qeyri-mümkündür.
Paşinyan qeyd edib ki, ölkə təşkilat daxilində sənədlərin işlənib hazırlanmasında iştirak etmir: “Dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq. Bu o deməkdir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik. Biz sadəcə olaraq heç bir sənədə veto qoymuruq, çünki mahiyyət etibarı ilə özümüzü KTMT-dən kənarda hesab edirik. Qoy, istədiklərini etsinlər. Bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir. Düşünürəm ki, biz burada geri dönüşü olmayana nöqtəyə keçmişik”.