Tarix: 28-11-2024 | Saat: 21:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanlı jurnalist Əfqan Sadıqov Bakıya ekstradisiya ediləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Tblisi şəhər məhkəməsi qərar qəbul edib.
Ə.Sadıqov hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.
O, bir müddət əvvəl Gürcüstanda saxlanılıb. Bu gün isə ekstradisiya edilməsinə qərar verilib.
Qeyd edək ki, Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.
Xatırladaq ki, “Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmişdi. O, iki il əvvəl əfv edilmi
Digər xəbərlər