Ana Sayfa > Karusel / Gündəm > Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək

Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək


28-11-2024, 21:11. Yazar: Admin

efqan-sadiqov-azerbaycana-ekstradisiya-edilecek

 

Azərbaycanlı jurnalist Əfqan Sadıqov Bakıya ekstradisiya ediləcək. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Tblisi şəhər məhkəməsi qərar qəbul edib.

Ə.Sadıqov hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.

O, bir müddət əvvəl Gürcüstanda saxlanılıb. Bu gün isə ekstradisiya edilməsinə qərar verilib.

Qeyd edək ki, Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.

Xatırladaq ki, “Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmişdi. O, iki il əvvəl əfv edilmi


Geri dön