Saytımızı qiymətləndirin


 
 

Zahid Oruc: Sərhədlərin açılması 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək
Tarix: 25-11-2024 | Saat: 17:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Sahibə Qafarova böyük iradə ortaya qoyub" - Zahid Oruc parlamentdə aparılacaq islahatlardan danışdı

Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”, - deputat vurğulayıb.

Zahid Oruc qeyd edib ki, dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur: "Doğrudur, klassik müharibə qanunları dəyişib. 44 günlük savaş dövründə dövlətimiz beynəlxalq iqtisadi-siyasi əlaqələrini nəinki zəiflətmədi, əksinə gücləndirdi. Lakin dinc dövrə xas xərclər siyasəti yaxın gələcəkdə maliyyə, ərzaq, silah təminatında risklər yarada bilər. Növbəti ildə neft hasilatının azalmasının - 29.2 milyon tondan 2028-ci ildə 26.4 milyon tona düşməsinin qarşısını alan tədbirləri gücləndirməliyik”.



Xəbəri paylaş

18 dəfə oxunub.

Digər xəbərlər