"Dəli Afət" HEKAYƏ
Tarix: 23-02-2021 | Saat: 16:27
Bölmə:Karusel / Yazar | çapa göndər
Dəmir hasarın arxasında oturar, gələn-gedən bütün uşaqlara təbəssüm edər, qucağındakı qundağı əzizləyərdi. Düşünürdük ki, niyə məktəbə getmir, nə tez ana olub?
Bir müddət sonra hamı onu “Dəli Afət” deyə çağırmağa başlamışdı. Səbəbini anlamağa çalışırdım. Axı dəli deyildi o. Gözləri elə gözəl gülürdü, təbəssümü elə gözəl idi ki. Necə dəli ola bilərdi axı o? Niyə belə gözəl afətə “Dəli Afət “ deyirdilər?
İllər ötdü, biz böyüyüb məktəbi bitirmək çağına gəldik. Afət yenə həmişəki kimi baxçanın dəmir məhəccərlərlə əhatələnmiş hasarının arxasında oturub gəlib-gedən uşaqlara baxır, yenə gülümsəyir, yenə qucağındakı qundağı əzizləyirdi.
“Aradan 6-7 il keçib. Bu necə ola bilər axı? Bu uşaq heç böyümür”? sualları məni həmişə maraqlandırırdı, lakin soruşmağa heç kimin cürəti çatmırdı. Kim də ki, cəsarətini toplayıb yaxınlaşıb nəsə soruşmaq istəsə, Afət qundağını götürüb evə qaçırdı.
2395 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-02-2021 | Saat: 16:27
Bölmə:Karusel / Yazar | çapa göndər
Məktəbdə oxuduğum zamanlarda məktəbimizin yaxınlığındakı baxçada 16-17 yaşlarında gənc və çox gözəl bir qız qalırdı. Həqiqətən çox gözəl idi. Yaşımız ondan az olsa da bütün sinif, hətta bütün məktəb ona heyranlıqla baxırdı. Yamyaşıl gözləri, qızıl sarısı saçları, süd kimi ağ dərisi, ay kimi parlaq siması...
Dəmir hasarın arxasında oturar, gələn-gedən bütün uşaqlara təbəssüm edər, qucağındakı qundağı əzizləyərdi. Düşünürdük ki, niyə məktəbə getmir, nə tez ana olub?
Bir müddət sonra hamı onu “Dəli Afət” deyə çağırmağa başlamışdı. Səbəbini anlamağa çalışırdım. Axı dəli deyildi o. Gözləri elə gözəl gülürdü, təbəssümü elə gözəl idi ki. Necə dəli ola bilərdi axı o? Niyə belə gözəl afətə “Dəli Afət “ deyirdilər?
İllər ötdü, biz böyüyüb məktəbi bitirmək çağına gəldik. Afət yenə həmişəki kimi baxçanın dəmir məhəccərlərlə əhatələnmiş hasarının arxasında oturub gəlib-gedən uşaqlara baxır, yenə gülümsəyir, yenə qucağındakı qundağı əzizləyirdi.
“Aradan 6-7 il keçib. Bu necə ola bilər axı? Bu uşaq heç böyümür”? sualları məni həmişə maraqlandırırdı, lakin soruşmağa heç kimin cürəti çatmırdı. Kim də ki, cəsarətini toplayıb yaxınlaşıb nəsə soruşmaq istəsə, Afət qundağını götürüb evə qaçırdı.
* * *
Artıq məktəbi bitirməyimizdən 16-17 ildən çox zaman keçmişdi. Afəti demək olar ki, tamamən unutmuşdum. Bir gün dedilər “Dəli Afət özünü də qundağını da asıb”.
Bütün qəsəbə əhli ora tökülüşmüşdü. Anası saçlarını yolur, bacıları üzlərini cırır, qohum-əqrabanın fəryadından buludlar parçalanmış, göy göz yaşlarını tuta bilmirdi. Leysan və fırtınanın müşayətində Afəti ambulansa qoyub apardılar. Qundağı isə asılı qalmışdı.
Hardasa 20 ildən çoxdur böyüməyən qundaq mənim diqqətimi çox çəkirdi, gözüm onda qalmışdı. Aranın seyrəkləşməsindən istifadə edib qorxu və vahimə ilə qundağa yaxınlaşdım. Asıldığı ipdən endirib üst-üstə sarılmış bez parçalarını bir-bir açmağa başladım. Hər bez parçasını açanda “kiril əlifbası” ilə yazılmış, qırışından yazıları güclüklə oxunan bir kağız parçası çıxırdı. Əlim-ayağım əsə-əsə, ətrafa boylana-boylana bütün parçaları açdım və 10 kağız toplayıb qoynuma gizlədərək qaçar addımlarla arxama baxmadan oradan uzaqlaşdım. Özümü oğurluq etmiş kimi hiss edir, sanki arxamdan kimlərinsə gəldiyini duyurdum. Çox qorxurdum, lakin kağızlarda yazılanların marağı daha ağır basırdı.
Qaçaraq evə gəldim və otağıma keçib oxumağa başladım.

Kağız 1.
- Ata, hardasan? Niyə bizi tək qoydun? Şəhid olmağın vaxtı idi? Axı mənim sənə çox ehtiyacım var... O saqqallı kaftar mənə təcavüz edəndə niyə başını əzmədin? Bağışla, ata. Qoruya bilmədim namusunu. Mələyinin bədənini murdar əlləri ilə kirlətdi. Bilirsən özü də kim idi? Sənin sürücün. Sənin önündə baş əyib sənə yaltaqlıq edən Haqo...
Kağız 2.
- Öldürdüm onu, ata. Üstümdən qalxıb əynini geyinəndə mənə arxasını dönmüşdü. Bədənimin hər yeri ağrısa da, ayaqlarımı hiss etməsəm də ən başdan bəri stolun üstündə olan bıçaqda idi gözüm. Qalxıb soxdum kürəyindən düz ürəyinə. Həm də dəfələrcə. Mənə təcavüz elədiyi kimi yüzlərə dəfə soxub-çıxartdım hər yerinə. Qisasımı aldım, amma yenə də səndən çox utanıram, ata.
Kağız 3.
- Bilirsən mənə nə deyirdi, ata? “Öyündüyünüz saf qanınıza bizim qanımızı qatacağıq, hamınız bizim uşaqları doğacaqsınız, hamınızın övladları bizim qanımızı daşıyacaq”.
Günlərlə meşədə onun sözlərini düşündüm və qaçdım. Ayaqlarımı hiss etmirdim, bədənim titrəyirdi, hüşumu itirmişəm. Ayıldığımda Bakıda qospitalda idim. Bütün yaralarım sağalmışdı. Bircə...
Kağız 4.
- Ata, sənə bir söz deməliyəm. Bilmirəm necə deyim, utanıram səndən. Ata mən hamiləyəm. O şərəfsizin uşağı var qarnımda. Anam deyir heç kimin xəbəri olmasın, biabır olarıq. Aldırmağa da aparmır ki, eşidilər. Məni otaqdan çölə qoymur. Çoxlu dərmanlar alıb gətirir ki, “iç, uşaq düşsün”. Düşmür, ata. Elə bil bərk-bərk yapışıb bədənimdən.
Kağız 5.
- Bu gün hamiləliyim 5 ayı tamam oldu, ata. Ölmür itin balası. Qarnıma ağacla vururam, şalla bərk-bərk sıxıram, stolun üstünə çıxıb yerə tullanıram. Xeyri olmur ki olmur. Mənə bir yol göstər, nə olar? Bu otaqda ağlımı itirəcəm. Mən də çölə çıxmaq istəyirəm, mən də məktəbə getmək istəyirəm, mən də oxumaq istəyirəm. Anam həbsxana həyatı yaşadır mənə. Kaş sağ olaydın, ata.
Kağız 6.
- Nəvən oldu, ata. Oğlandı. Çox gözəldi, amma ona hər baxdığmda o şərəfsizi xatırlayıram, dediklərini düşünürəm, öz uşağıma nifrət edirəm. Sənin məni əzizlədiyin kimi əzizləyə bilmirəm onu, ata.
Kağız 7.
- Oğlum öldü, ata. Anam gecə ilə götürüb onu harasa basdırdı. Oğlumun qəbrinin yerini də bilmirəm sənin qəbrin kimi. İçimdə yasını saxlayıram. Artıq anam mənim küçəyə çıxmağıma izin verir. Hətta mənə elçi düşənlər də var. Anam deyir birinə verəcəm, get. İstəmirəm, ata. Bundan sonra kiminsə qadını ola bilmərəm . Həmişə o gün gələcək yadıma...
Kağız 8.
- Özümü dəli qələminə vermişəm, hamı mənə “Dəli Afət” deyir, ata. Əslində bu mənə sərf edir. Hamı “Afət dəli olub” deyəndən sonra elçilərin ayağı kəsildi. Düzdü, insanların mənə yazıq-yazıq baxmağı, bəzilərinin “dəli” deyib məzələnməyi məni incitsə də, ən azından o illərdəki işgəncə və əzabı xatırlayıb hər gün yenidən yaşamaqdan qurtulduğum üçün sevinirəm.
Kağız 9.
- Ata, sənə bir etiraf etmək istəyirəm. Uşağım ölmədi. Bunu etmək çox çətin idi, çox düşündüm. Yatanda ağzı üstə qoydum ki, ölsün. Onun sözləri yadıma gəldikcə dəli olurdum. Mən onun oğlunun böyüməsinə, qanımızın kirlənməsinə izin verə bilməzdim, ata. Bilirsən bir ananın bunu etməsi nə qədər çətin işdi? İllərdi gecələr ağlamaqdan, qəlbimi dağlamaqdan halım qalmayıb. Baxma gündüzlər gülməyimə.
Özüm hamıya gülümsəyirəm ki, qoy desinlər “Afət dəlidi”. Dəli deyiləm mən, bağrımın başı göynəyir, ata.
Kağız 10.
- Yox, ata. Mən dayana bilmirəm artıq. İnsanların aşağlamalarına, övladımın acısına, sənin yoxluğuna dayana bilmirəm. Qəbrinin yerini bilməsəm də, özünün harda olduğunu bilirəm. Yanına gəlirəm, ata. Aç qollarını. Yenə qucaqla məni, yenə mələyim de, yenə sığalla qızıl saçlarımı, yenə öp gözlərimdən...
Donub qalmışdım. Əllərim əsir, bədənim buz kimi olmuşdu. Gözlərimdən qeyri-ixtiyari axan yaşları durdura bilmirdim. Qəribə bir boşluğa, qəribə bir yoxluğa qərq olmuşdum. Sən demə llərcə “dəli” dediyimiz Afət hamımızda ağıllı və qeyrətli imiş.
Müəllif: Rauf Qərib Alagöz
P.S. Hekayədə istifadə olunan rəsm xüsusi olaraq bu hekayə üçün Əsmər Cəfərli tərəfindən çəkilib.
Xəbəri paylaş
Digər xəbərlər
1-02-2021, 11:20
Deputat: "Şəhidlərin oxuduğu məktəblərə onların adları verilməlidir"
17-02-2022, 16:20
ABŞ səfiri Rusiya XİN-ə gəlib
26-01-2022, 20:52
“80 il Ağ damın altında...” - Video
15-02-2022, 21:19
Sabirabad sakini dəm qazından zəhərlənib
16-11-2021, 12:04
Bu hərbi qulluqçulara mənzil veriləcək
19-06-2022, 17:06
Ukraynada Rusiya musiqisi qadağan edilib
19-09-2021, 08:13
“Həyatımdakı ağır günləri bacım həbs olunanda yaşadım, mənim bundan ağır günüm olmayıb”
10-05-2022, 11:33
Nazir: “Həkimlərin maaşlarının artımı nəzərdə tutulacaq”
21-10-2022, 09:53
Binəli Yıldırım və Şamil Ayrımın həyatları üçün təhlükə yoxdur, yaxın saatlarda xəstəxanadan buraxılacaqlar
2-09-2024, 17:03
Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub