Tarix: 06-11-2020 | Saat: 12:54
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistanda müharibədəki məğlubiyyət ətrafında növbəti qalmaqal alovlanır.
Qarabaginfo.az "Report.az"aistinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ilə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın ofisi arasında “məxməri inqilab”dan əvvəl və sonra Ermənistana silah tədarükü ilə bağlı mübahisə yaşanıb.
Hər şey Ovannisyanın İctimai televiziyanın efirində çıxışı və çıxışı zamanı son iki ildə ordunun bundan öncəki 10 il nisbətən daha çox innovativ texnoloji silah aldığını söyləməsi ilə başlayıb.
Bu açıqlamaya reaksiya verən Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın ofisindən bildirilib ki, ya Ovannisyan rəqəmlərlə tanış deyil, ya da bilərəkdən gerçəkliyi təhrif edir.
“168 jam” nəşrinə açıqlamasında keçmiş prezidentin nümayəndələri Ovannisyanın sözlərinin reallıqla heç bir əlaqəsinin olmadığını, bu barədə danışmağı və bu anda günahkar axtarmağı yersiz hesab etdiklərini söyləyiblər. Onlar döyüşlər bitdikdən sonra bu mövzunu daha ətraflı qaldıracaqlarına söz veriblər. “Sputnik Ermənistan”
Digər xəbərlər